Thursday, April 5, 2018

Kitabın adı: Hesab vaxtı
Janr: Detektiv
Format: 135x200
Səh.: 208
Nəşriyyat: Parlaq İmzalar
İl: 2018

Və... Bir gün Nicat bütün Bakını dəhşətə gətirən cinayətdə - soyğun məqsədilə bir mənzilə girib, evdəkiləri qətlə yetirməkdə ittiham edilir. Bəs onu bu işdə günahlandıran adam kimdir, ondan nə istəyir? Nicatın kimisə, heç olmasa, ən yaxınlarını özünün günahsızlığına inandırması mümkündürmü? Bu çətin vəziyyətdən necə çıxmalı? Düşdüyü mürəkkəb situasiyada təklənən Nicat çıxış yolu axtarmağa başlayır. Nəyin bahasına olursa olsun...

“Onun tamam başqa - normal insan zəkasına sığışmayan bir məqsədi varmış. Mən bunun nə olduğunu hələ də tam şəkildə anlamamışam. Təkcə onu bilirəm ki, əsas məsələ ağlasığmaz bir oyuna start vermək və məni bu oyunun faciəvi qəhrəmanına çevirmək idi. Taleyi öncədən bəlli olan faciəvi qəhrəmana...”

Müəllif: Simran Qədim (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2015), “Əcəl düyünü” romanının müəllifi)


No comments:

Post a Comment