Saturday, November 24, 2018

Mehriban Vəzir
Gövhər ağa Cavanşir
Tarixi roman

Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır.

Korrektor: Sevinc Rzayeva
Kompüter dizaynı: Elçin Hüseynov
Layihə rəhbəri: Leyla Kərimova
214 səh., 200 tiraj
Çap tarixi: 05.11.2018
Format: 14x20
ISBN: 978-9953-8102-1-8
Kitab Klubu
© Mehriban Vəzir


No comments:

Post a Comment