Thursday, May 6, 2021

 İrşad İbrahimov, "Tarixin olaylarında"

Kitabda Azərbaycan və onu əhatə edən dost və dost olmayan ölkələrin tarixləri yeni baxımdan verilib, insan psixologiyasının bəzi cəhətləri əks etdirilib, iki dünya dini və bəzi dini-siyasi cərəyanların və, həmçinin kommunizm və faşizm əqidələrinin mahiyyətinə nüfuz edilib, insanın gənclik dövrü ilə əlaqədar bir məsələ araşdırılıb və əsrlərin və minilliklərin bəzi dərsləri Azərbaycan mövqeyindən təhlil edilib, göstərilib ki, vətənə sevgi platonik yox, real olmalıdır.
İki nəhəng tarixi sima - Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya çağırış və xalqa müraciəti oxucunu həyacanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.
Oxuculara təqdim olunan bu kitab Bilgə xaqanın yüzilliklərin arxasından eşidilən və çağdaş dövrümüzdə də aktuallığını itirməmiş “Ey türk, ayıl və özünə dön!” çağırışının təsirilə yaranıb.
Bəzi mübahisəli və stereotipləşmiş məsələlər kitabda yeni baxımdan izah edilib.
Bakı-"Ləman Nəşriyyat Poliqrafiya" MMC-2019, 820s.
ISBN: 978-9952-445-49-9




No comments:

Post a Comment