Tuesday, March 4, 2014

Atilla Jorma
Bolqarıstandakı türk ədəbiyyatına bir baxış 

Kitabda Balkan ölkələrində, özəlliklə də Bolqarıstanda yaranan türkçə ədəbiyyatın təəkküıü, inkişafı, tarixi və tədqiqi məsələləri geniş şəkildə araşdırılır. İmperialist güclərin yeni və ən yeni tarixdə Balkan ölkələrində yürütdükləri ikiüzlü siyasəti, Bolqarıstanda milliyyətçilik dövründən əvvəl və milliyyətçilik dövründə türk dili və ədəbiyyatı, türkçə mətbuat və nəşriyyat, türklərin təhsil sistemi, 1945-ci ildən sonra Bolqarıstanda türk şeiri, türk romançılığı, tənqid və ədəbiyyatşünaslıq məsələləri tamamilə başqa bir baxış bucağından tədqiq olunur. Axırda geniş biblioqrafiya verilir. Kitab universitet müəllimləri və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN 978-9952-29-089-9, 2013, 224 səh.



No comments:

Post a Comment