Sunday, March 9, 2014

Gülşən Əliyeva-Kəngərli
“Sufizm”
(Azərbaycan və ingilis dillərində)

Tanınmış füzulişünas alim, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin yeni “Sufizm” adlı kitabı işıq üzü görüb. Kitabda Sufizmin (təsəvvüf) zaman-zaman bütün bəşəriyyəti düşündürən aktual problemlərdən biri kimi, mənşəyində islam amili dayanan bu fəlsəfi təlim Məxluqun Xaliqə qovuşmaq arzusunu mistik məhəbbət yolu ilə reallaşdırmasından söhbət açılır. Müəllif, illərlə apardığı bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, sufizmin mənşəyi və mahiyyətini, türk sufizminin Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir.
Olduqca çətin problemi sadə və anlaşıqlı dildə araşdıran bu kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur.



No comments:

Post a Comment