Tuesday, November 4, 2014

КНИГИ СОЛМАЗ АМАНОВОЙ | SOLMAZ AMANOVANIN KİTABLARI

«İnsan iz qoyur»
Kitab bədii albomdur. Tanınmış rəssamların çəkdikləri şəkillərin və tabloların süjetinə uyğun şerlər, nağıllar və pyeslər yazılıb. Kitaba Azərbaycan xalqının zəngin mədəni irsi daxil edilib. Kitaba əlavələr var 1-4 siniflər üçün “İRS” müəllimlər üçün vəsait, və şagirdlər üçün iş dəftərləri Elektron fleş kitab. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “İRS” və “İnsan iz qoyur” kitabları ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Kitab və disk iki dildə rus, azərb. dillərində

«Hanəğah əczaxanəsi»
kitabda nağıl və olmuş əhvalatlar əsasında farmakologiya, həmçinin xalqımızın tarixi açıqlanır. Nağıl yalnız əyləndirici macəra deyil. Bu, həmdə nəsillərdən nəsillərə keçən xalq müdrikliyidir. Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Kitab üç hissədən ibarətdir: iş dəftəri 4-6 siniflər, müəllimlər üçün metodik vəsait və disk. Moldaviyada Beynəlxalq sərgisində birinci yerə layiq görülüb (2014) Kitab və disk iki dildə

«Anatomiçeskiy teatr»
Kitabda anatomiya terminologiyası incəsənətdə - nağıl və olmuş əhvalatlar əsasında anatomiyanın tarixi , həmçinin xalqımızın tarixi və dünya xalqlarının tarixi açıqlanır. Elektron fleş kitab. “Anatomik teatr”, kitabı 2009-cu ilin sentyabrında Moskvada keçirilən “Kitab sənəti” sərgi-müsabiqəsində üçüncü yeri tutub. “Anatomik teatr” kitabı Fransada kitab sərgisində tibb kitabları nominasiyasında birinci yeri tutmuşdur

«İrs», “Naslediye»
Kitabları 2009-cu ilin sentyabrında Moskvada keçirilən “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci yeri tutub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “İRS” kitabı ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Elektron fleş kitab.”İRS” fənni bir neçə məktəbdə keçirilir. Kitab və disk iki dildə

«Gəncə xəzinəsi»
Kitabı Nizami Gəncəvinin «Xəmsə»sinə daxil olan əsərlərin süjet xəttinə əsasən işlənmişdir.«Gəncə xəzinəsi» adlı nağıl tarix elmləri doktoru Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Kitabın iş dəftəri və iki diski var. 4 sinif üçün nəzərdə tutulub, müəllimlər üçün  metodik vəsait var. Elektron fleş kitab və əlavə iş dəftəri üçün disk. Kitab və disk iki dildə

Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı haqqında cizgi film və elektron dərs (Ana dili kitabında 3-4 sin. bu mövzu keçirilir). Disk iki dildədir.

«Turac»
Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Elektron fleş kitab, cizgi film. Bakının bir çox məktəblərində bu tamaşa səhnələşdirilib. Türkiyədə “Kitab sənəti” sərgi-müsabiqəsində üçüncü yeri tutub. (2014). Kitab və disk iki dildə

«Xurcun»
komplekt 2 disk-audio-video kitab və elektron fleş disk - müəllimlər üçün vəsait, iş dəftəri 3 sinif üçün və nağıl kitabı. Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Bu kitab Robert Koxun medalına Almaniyada “Evromedika-Hannover” konqresində layiq görülüb.(2010-cu ildə). Hələ Azərbaycan təhsilində kurrikkulum modelinin tətbiqinə başlanmazdan öncə bu vəsaitlər mütərəqqi təcrübə kimi diqqət mərkəzində dayanmış, qabaqcıl müəllimlərin marağını cəlb etmişdir. Kitab və disk iki dildə

Azərbaycan əlifbasındakı 32 hərfin hər birinə həsr etdiyim, belə demək mümkündürsə, dərs-kompozisiyasıdır. Yeni təlim texnologiyalarının, multimedia vasitələrinin geniş istifadə olunduğu bu komplekt 32 cizgi filmindən, müxtəlif oyunlardan, müəllim vəsaitindən ibarətdir. (1-ci sinif dərslərini əhatə edir) 2 iş dəftərindən, 4 diskdən, Oxu “İlmənin macəraları” nağıllarından ibarətdir. Komplekt – Əlifba 1-2 hissə, onun 2 diski, oxu kitabı “İlmənin macəraları” kitab və disk 32 cizgi filmi.

«Gəncə haqqında hekayət»
Nağılı tarix elmləri doktoru Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Elektron fleş kitab. Kitab və disk iki dildə

Ümumiyyətlə mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və bütün vəsaitlərin standartları var. – Müasir müəllimin müasir biliklərlə, onları tətbiq etmək üçün multimedia vasitələri ilə "silahlanması" dövrün qarşıya qoyduğu tələbdir. - "İrs" uşaqların qarşısında yeni bir dünya açır. Nağıl, əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan uşaq üçün bir möcüzədir. "İrs" bu möcüzəni həqiqətə çevirir. Müəllimin bəhs etdikləri, hələ uşaq üçün qaranlıq olanlar elektron lövhədə canlandıqca uşaqların öyrənmək istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək üçün bu, mühüm şərtdir. "İrs" uşağın əlindən tutub onu irəli aparır. Uşaq özünü nağıllar aləmində hiss edir. Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim sayəsində əldə olunur.
"İrs" bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını genişləndirmək mümkündür.

Hörmətlə: Solmaz Amanova





No comments:

Post a Comment