Wednesday, September 23, 2015

Abdulhəlim Əhmədzadə
Azərbaycanca-niderlandca lüğət
Woordenboek Nederlands-Azerbajdzjaans 
İki hissəli lüğətdə azərbaycanca-niderlandca və niderlandca-azərbaycanca söz və söz birləşmələri verilmişdir.
Lüğətin birinci hissəsində 13 min 600-dən çox Azərbaycan dilində söz və söz birləşməsi niderland dilinə, ikinci hissəsində isə 15 min 800-dən artıq niderland dilində söz və söz birləşməsi Azərbaycan dilinə tərcümə edilmişdir.
Müəllif Azərbaycan və holland dillərini öyrənmək istəyənlərə kitabın tərcümə hissələrində seçilən hər iki dildəki sözləri tərkibə daxil edərək, imkan daxilində sadə cümlələr quraraq iki dilə tərcümə etmişdir.
Lüğət mövcud qrammatik və linqvistik meyarlarla mürəkkəbləşdirilməmiş, müxtəlif işarə və göstəricilərdən qismən asanlıqla istifadə edilməsi üçün sadə formada tərtib edilmişdir.
Kitabın elmi redaktorları Gülbəniz Əhmədzadə və Jeroen Verugdenhilidir.
Müəllif: Abdulhəlim Əhmədzadə
Dil: Azərbaycan, Niderland
Nəşriyyat: “Nurlan”
Nəşr ili: 2010
ISBN: -
Səhifə: 392 səh.
Format: 60x90 1/16 (150x220 мм) 
Cildi: bərk
Tiraj: 400


No comments:

Post a Comment