Thursday, July 28, 2016

Eldar Əmirov
“Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani”
Görkəmli dövlət xadimi və mütəfəkkiri Fəzlullah Rəşidəddin əl-Həmədaninin (1247-1318) siyasi fəaliyyətindən bəhs edən monoqrafiya həm milli tarixşünaslığımızda, həm də dünya tarixşünaslığında mövzuya dair kitab həcmində qələmə alınmış ilk tədqiqat işidir.
Kitabda Rəşidəddinin Elxanilər dövlətinin baş vəziri qismində keçdiyi 20 illik keşməkeşli, lakin şərəfli yol çoxlu sayda klassik mənbənin, həmçinin müasir araşdırmaların materialları əsasında müfəssəl şəkildə işıqlandırılıb. Eyni zamanda monoqrafiyada Fəzlullah Rəşidəddinin siyasi və maarifçilik fəaliyyəti ilə sıx bağlı olan bir sıra tarixi şəxsiyyətlərə, hadisə və anlayışlara dair maraqlı faktlar öz əksini tapıb, Azərbaycan, İran və həmçinin İslam tarixinə aid mühüm məqamlara toxunulub. “Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani” əsəri müəllifin üç illik elmi axtarışlarının nəticəsidir.
Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyev, redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəssam Vüqar Həziyev xüsusi olaraq bu kitab üçün “Fəzlullah Rəşidəddin” portretini yaradıb.
2014, ISBN 978-9952-489-90-3, 616 səh.

No comments:

Post a Comment