Saturday, July 16, 2016

Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi
I kitab - Kapital istehsalı prosesi
KitabKlubu.org, 2016, 652 səh.
Tərcüməçilər: M.Ağamirov, A.Gülməmmədov, S.Məlikov, C.Cabbarov

Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir. 
«Kapital» - müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır.
Əsərin əsası sayılan birinci cildini Sizə təqdim edirik.


Karl Marksın «Kapital» əsəri haqqında 
ən səmimi sitatlar

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 
Vasili Leontev (1938):
Əgər kimsə mənfəət, əməkhaqqı və ya kapitalist müəssisəsinin nə demək olduğunu öyrənmək istəsə – ona nə müasir dövrün bir düjün iqtisadiyyat kitabı, nə Amerikanın onlarla siyahıyaalınma üzrə hesabatları, və hətta Torsteyn Veblen-in əsərləri lazım deyil, ona «Kapital» əsəri kifayətdir.
ABŞ prezidenti 
Franklin Ruzvelt:
Biz bu ağıllı əsəri heç bir kommunistə verməməliyik!
Rusiya Statistika komitəsi sədri 
Vladimir Sokolin:
Statistikada gərək adamın təcrübəsi olsun, çox şeyi bilsin. ÜDM-i hesablamaq üçün isə gərək «Kapital»ı əzbərdən biləsən.
Almaniya maliyyə naziri 
Per Steinbrück (2008):
Gərək boynumuza alaq ki, Marksın nəzəriyyəsinin müəyyən hissəsi heç də pis deyil.
«Kapital»ın əlyazması daxil edilmiş (2013) 
«Dünya mirası» layihəsi (UNESCO):
«Kommunist partiyasının manifesti» və «Kapital» əsərləri 19-cu əsrin ən vacib 2 əsəridir ki, bu günə qədər də təsiri qalıb.
***
2008-ci ilin payızında dünyada baş verən növbəti iqtisadi böhrandan sonra bütün Almaniya üzrə «Kapital»ın satışı 3 dəfə artıb.

© AZƏRNƏŞR, 1969
© Kitab Klubu MMC, 2016

Kitabı əldə etmək üçün:
KitabKlubu.org: (012) 489-84-69, (050) 404-91-13

No comments:

Post a Comment