Wednesday, August 3, 2016

Ənnağı Hacıbəyli, Bəhruz Kərimov, Fərdin Xəlilov Hakimliyə, prokurorluğa, vəkilliyə namizədlər və hüquq fakültələrinin tələbələri üçün Kazuslar Kitabda cinayət hüququ və cinayət-prosessual hüquq, mülki hüquq və mülki-prosessual hüquqa dair müxtəlif mürəkkəblik dərəcəsinə malik, özündə həm maddi-hüquqi, həm də prosessual-hüquqi məsələləri əks etdirən kompleks xarakterli, eləcə də hüququn yalnız bu sahəsinə aid olan sahəvi-hüquqi kazuslar yer almışdır. Kazusların qurulmasında tətbiq edilmiş metodika bir kazus daxilində müxtəlif hüquq institutları barədə biliklərin yoxlanılmasına, maddi və prosessual hüquq məsələlərinin əlaqəli və qarşılıqlı şəkildə həll edilməsi vərdişlərinin yaranmasına yönəlmişdir. Vəsaitə hər bir kazusun geniş nümunəvi həlli və kazusun həlli zamanı istinad edilməli olan mənbələrin tam mətnləri də - Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi plenumlarının qərarları və s. daxil edilmişdir.
Müəllif: Ənnağı Hacıbəyli, Bəhruz Kərimov, Fərdin Xəlilov
Dil: Azərbaycan
Nəşriyyat: "Hüquq Yayın Evi"
Nəşr ili: 2016
ISBN -
Səhifə: 356 səh.
Format: 60x90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 100




No comments:

Post a Comment