Monday, August 1, 2016

MUSTAFA ÇƏMƏNLİ
"Xallı gürzə" (Tarixi roman) 4-cü nəşr
«Kitab Klubu» Nəşriyyatı, Bakı, 2016, 392 səh.
Pənah xan Azərbaycan tarixində parlaq iz qoymuş şəxsiyyətdir. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında daldalanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalalarının əsasını qoymuşdur.
Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə Zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə – zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir.
© MUSTAFA ÇƏMƏNLİ, 2016
© BAKI KİTAB KLUBU, 2016

No comments:

Post a Comment