Friday, May 5, 2017

İsmixan Yusuf
“Anlatmanın əzabı, sevinci və kədəri”
(düşünmək gözəldir)
   
   Bu kitab müəllifin 2008-ci ildə İstanbulda türk dilində nəşr olunmuş “Anlamanın sevinci və kədəri” kitabının davamı oalraq nəzərdə tutulmuşdur. Burada əvvəlki kitabda olan “Riyaziy-yat”, “Təhsil”, “Elm tarixi”, “Elm fəlsəfəsi” ilə yanaşı, əvvəldə olmayan “Təbiət hekayələri”, “Molla Nəsrəddin”, “Müsahibə” və “Anlatmanın əks-sədası” adlı bölümlər də yer almışdır. Yeni olan  daha bir bölüm “Sait Başer sözü” bölümüdür ki, burada Dr. Sait Başerin türk an-lama modelinə aid düşüncələrinin tərcüməsinə və ona yazılan önsözə yer verilmişdir.
    Kitabın “Riyaziyyat” adlı I bölümündə “Maraqlı zəka problemlərinin zəif nöqtələri” və “Alqoritm və Türinq maşını” haqqında yazılar yer almışdır. “Təhsil” adlı II bölümdə “Mücərrəd anlayışların qavradılması yolları”, “Dərslərdə konsentrasiyanı artırmaq problemi” və “Riyaziyyatdan nümunələr işığında ümumi təlim dərsləri” başlıqlı üç yazı getmişdir. III – “Elm tarixi” bölümü, Eynşteyn, Quranın rus dilinə poetik tərcüməsi ilə məşhurlaşan 100 yaşamış T.A.Şumovski, riyaziyyat dənizinin “mirvariləri” və millenium problemləri-Perelman üsyanına həsr olunmuş dörd yazıdan təşkil olunmuşdur. Növbəti – “Elm fəlsəfəsi” bölümündə elm haqqında düşüncələrə, “Təbiət hekayələri” bölümündə isə əsasən həşaratlardan bəhs edən iki yazıya yer verilmişdir.
    VI – “Molla Nəsrəddin” bölümündə Molladan almalı olduğumuz didaktik dərslərdən və onun saflığının qorunub saxlanması işinə göstərməli olduğumuz diqqətdən bəhs edən iki yazı getmişdir. VII bölümün tamamı, Türkiyənin Sakarya universitetində işlədiyim zaman tələbələrin məndən almış olduğu müsahibəyə həsr olunmuşdur. “Anlatmanın əks-sədası” bölümündə tələbələrimin müəllif haqqımdakı düşüncələrinə, “Əks-sədanın əksi” adlı növbəti bölümdə isə müəllifin bir tələbəsi haqqındakı fikirlərinə yer verilmişdir.
    Nəhayət sonuncu – X bölümdə Türkiyənin tanınmış filosofu və türk tarixi üzrə mütəxəssisi Sait Başerin iki məqaləsinin azərbaycan dilinə tərcüməsi yer almışdır.
    Kitab əsasən gənclər üçün nəzərdə tutulmasına baxmayaraq, ən azından mövzulara yanaşma tərzi və hadisələrə orjinal yozum gətirmə açısından yaşlıların da diqqətini cəkəcəyinə ümid edilir. Xeyirlərə vəsilə olması təmənnilərimizlə.

Müəllif: İsmixan Yusuf
Dil: Azərbaycan
Nəşriyyat: Ecoprint
Nəşr ili: 2017
ISBN: 978-9952-29-109-4
Səhifə: 326 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200 nüsxə




No comments:

Post a Comment