Thursday, January 23, 2014

Arif Əliyev 
Tarixi yanlışlıqlar: hadisələr, şəxslər, deyimlər

Fransız yazıçısı Andre Moruadan bir dəfə soruşurlar: “Necə bilirsiniz, tarixin gedişini kim daha çox dəyişib: Sezar, ya Neron?” Morua cavab verir: “Sivilizasiya mövcud olandan tarixin gedişini tarixçilər qədər heç kim dəyişməyib”.Tarixdə, daha doğrusu, bizim tarix haqqında bilik və təsəvvürümüzdə “ağ ləkələrlə” yanaşı, səhvlər də az deyil. Bir misal çəkək: qədim xalqların həyat tərzi əksər hallarda “primitiv” adlandırılır. Amma bizim az qala yarısı kompüterin arxasında keçən çoxsaylı lazımsız əşyalarla əhatə olunmuş həyatımızı görsəydilər, onlar da, bəlkə bizi “primitiv” adlandırardılar. Burada baxış bucağından, stereotiplərdən, tarixi faktların bir nəsildən digər nəslə nə dərəcədə dəqiq çatdırılmasından çox şey asılıdır. Özü də günahı təkcə tarixçilərdə görmək düzgün deyil. Bizim keçmiş barədə təsəvvürlərimizin formalaşmasında faktlardan çox, onlar haqqında öz mülahizələrinə yer verən yazıçıların, rejissorların da rolu az deyil. Gəlin, böyük tarixi hadisələr, adları əbədi olaraq tarixə yazılmış dahi şəxsiyyətlər, aforizmə çevrilmiş məşhur tarixi deyimlər əsasında belə yanlışlıqların izinə düşək, faktlara söykənib həqiqəti bərpa etməyə çalışaq.
ISBN 978-9952-24-178-5, 2013, 144 səh.



No comments:

Post a Comment