Tuesday, January 21, 2014

Cavid Zeynallı
Leyla (taleyin üz çevirdiyi adamların hekayəsi)
Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə”, tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.
2014, 358 səh.


No comments:

Post a Comment