Thursday, January 2, 2014

Yazıçı və rəssam Çingiz Mehbaliyevin "Şərqdə Fırtına" adlı ikinci kitabı çap olunmuşdur. Kitabın maraqlı mövzusu vardır. Belə ki, yazıçı öz kitabında 2009-2011-ci illərdə dünyanı titrədən iki qlobal hadisəyə oxucuların diqqətini yönəldir: "Ərəb baharı" və ümumdünya iqtisadi böhranı. Ç. Mehbaliyev bədii təxəyyülün gücü ilə bu iki hadisə arasındakı gizli bağlılığı üzə çıxartmağa çalışır. Kitabın baş qəhramanı olan cəsus və analitik Mark Edqarın qarşısında çətin tapşırıq var. O, bu tapşırığın öhdəsindən gəlmək üçün özünün dahilik maniyası ilə "Şərqdə Fırtına" planını yazır və onun icrasına başlayır. Sadə insanı böyük işlər görməyə ilhamlandıran çox səbəb ola bilər: pul, sevgi və qadın... Amma cəsus Mark Edqar "Şərqdə Fırtına" planını yazarkən və inadla icra edərkən bunların heç biri onu qətiyyən maraqlandırmırdı. Onun üçün daha önəmlisi dahi insan olduğunu sübut etməkdir. Bəs, o bunu bacara biləcəkmi? Yazıçı hadisələrin və kitabın mahiyyətindən çıxış edərək oxuculara sual verir: niyə görə "Ərəb baharı" və ümumudünya iqtisadi böhranı eyni vaxtda baş verdi? Onlar arasındakı görünməz bağlılıq nədir? "Şərqdə Fırtına" planında nələr yazılıb? Oxucular bu və digər həyacanverici sualların cavabını isə "Fərqdə Fırtına" kitabını oxuyandan sonra tapacaqlar. "Şərqdə Fırtına" kitabı dünya iqtisadiyyatının mətbəxinə boylanmağa, qlobal hadisələrin pərdəarxası məqamlarına baxmağa çağırır və hadisələrə bir çoxlarının ehtimal etmədiyi istiqamətdən yanaşmanı nümayiş etdirir. Oxucular "Şərqdə Fırtına" kitabını Bakumoz və Zero kitab evindən, Akademiya və Akademkitab mağazasında "Əli və Nino" kitab mağazaları şəbəkəsindən əldə edə bilərlər. Xatırladaq ki, Ç. Mehbaliyevin bundan öncəki kitabı intellektual detektiv janrında yazılan "Miras: Bakının sirri" kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
http://www.youtube.com/watch?v=cC5u2_qYyoA&feature=c4-overview&list=UU0EJku7pJCuwMQWNeSADJcg

No comments:

Post a Comment