Thursday, February 27, 2014

Bertran Rassel 
Evlilik və əxlaq (tərcümə: Araz Gündüz) 

Bu kitabda XX yüzilin ən böyük düşünürlərindən biri olan ingilis riyaziyyatçısı və filosof Bertran Rasselin etik-pedaqoji baxışları ilə bağlı əsərlərindən seçmələr toplanıb. Kitabda başlıca yeri tutan “Evlilik və əxlaq” əsəri 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü alıb. Nobel komitəsinin qərarında ödülün B.Rasselə: “rasionalizmin və humanizmin ən parlaq simalarından biri kimi və Qərbdə azad söz və azad düşüncənin yayılması uğrunda qorxmaz mübariz olduğu üçün verildiyi” göstərilib. B. Rasselin az qala yüz il bundan öncə, cinsi tərbiyə, cinslərarası ilişkilər və evliliklə bağlı qaldırdığı problemlərin bir çoxu bugünkü Azərbaycan toplumu üçün son dərəcə aktualdır.
ISBN 978-9953-8068-4-6, 2014, 288 səh.



No comments:

Post a Comment