Saturday, February 1, 2014

Vilhelm Reyx
Dinlə, Kiçik Adam (tərcümə: Tural Osman) 

“Dinlə, Kiçik Adam” adlı bu kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmayıb. Bu sadəcə olaraq, bir naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayətdəhşət içində araşdırmaqda olduğu “kiçik adam”la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olub. Küçədəki Kiçik Adam nələrə dözmək məcburiyyətində qalır və buna necə üsyan edir? Düşmənlərini başının üstünə qaldırmasının, dostlarını isə öldürməsinin səbəbləri nələrdir?..Bu Kiçik Adam “xalqın təmsilçisi” olaraq müəyyən bir gücü ələ keçirdiyi anlarda bu səlahiyyəti hansı formada boşa xərcləməklə, ziyan etməklə səhv istifadə edir? Niyə eyni gücü daha əvvəl əlində tutan və onu , Kiçik Adamı əzmək üçün istifadə edən yuxarı təbəqələrin sadist fərdləri kimi davranır, əlinə keçirdiyi o iadəetmə gücünü necə olur ki, mərhəmətsiz bir təzyiq vasitəsi halına gətirir?
2013, 140 səh., 13x20, yumşaq



No comments:

Post a Comment