Tuesday, June 3, 2014

Şakir Yaqubov
"Yaddaşımın küncündən..."

Bu sətirlər yaşlı və orta nəslə mənsub həmkarlarının “gəzəri ensiklopediya”, “birincilik iddiasında olmayan birinci”, “ustad” kimi dəyərləndirdikləri jurnalist Şakir Yaqubovun bu günlərdə “Azərnəşr”də çapdan buraxılmış “Yaddaşımın küncündən...” kitabına yazdığı ön sözdəndir. İstisnasız olaraq, başdan-başa “Media forum”da yayınlanmış materiallardan ibarət 372 səhifəlik kitaba daxil edilmiş materialların - xatirə və anıların eləcə başlıqlarını xatırlatmaq kifayətdir ki, onların mövzu və mahiyyəti yada düşsün: “Məni Azərbaycan şair edib...”, “Səməd Vurğunun təklifi: “Birbaşa üzvlüyə!..”, “Müslüm Maqomayev qoymadı ailəm dağıla...”, “Aydın Məmmədovla son görüş”, “Maestro Niyazi: “Bunlar düzələn deyillər...”, “Prezident baş redaktorları görüşə çağırmışdı...”, “Qaqarinin anasını necə narsız qoyduq...”, “Heydər Əliyev Brejnevi rüsvayçılıqdan qurtardı...”, “Cəmil Əlibəyovun redaktorluğu”, “Xocalı... yalan içində və ya Azad Şərifov od içində” və s. və i.a.

Kitaba bir növ sonluq sayıla biləcək bəzi müsahibələr də salınıb ki, bunları da müəllifin sırf öz yazıları, öz sözləri saymaq olar.

Redaktorlar: Hikmət Sabiroğlu, Elşən Əlioğlu



No comments:

Post a Comment