Monday, June 16, 2014

Varis
Yaşıl üzlü gündəlik 

Varisin sayca 9-cu olan “Yaşıl üzlü gündəlik” romanı yazıçının modern romançılığa bədii ədəbiyyatla publisistikanın vəhdəti formasında verdiyi növbəti töhfədir. Zirzəmidə səfil həyatı sürən uşaqları aşkarlamaqçün reyd keçirərkən televiziya əməkdaşları gözlənilmədən uşaqların əşyaları arasında ucqar dağ kəndindən Bakıya oxumağa gəlmiş və 4 ildir ki, itkin düşmüş qızın gündəliyinə rast gəlirlər. Kəskin süjeti və dramatizmiylə fərqlənən romanda Azərbaycan teleindustriyasının mövcud durumu, Azərbaycan cəmiyyətini narahat edən ən aktual problemlər də söhbət mövzusudur. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN 978-9952-494-17-4, 2014, 344 səh.





No comments:

Post a Comment