Tuesday, July 15, 2014

Tahir Kazımov 
Yeni Orlean “şənlikləri” 

Roman-detektivdə ABŞ-ın cənub bölgəsində, Luiziana ştatının, Meksika körfəzinin sahilində Missisipi çayının yarıya böldüyü Yeni Orlean şəhərində təxminən 300 il əvvəl Fransa və İspaniya kolonistlərinin bu ərazilərə Şimali Afrikadan, Haiti və Karib adalarından gətirdikləri qullar vasitəsilə yaradılmış, bir növ adət-ənənəyə çevrilmiş əxlaqsızlıq yuvalarından, şamanlıq və cadugarlıqdan, törədilən cinayətlərdən, bütün bu neqativ hallara baxmayaraq caz musiqisi əhatəsində şənlənən şəhər sakinlərinin, bir sözlə, ümumən ABŞ həyat tərzinin reallığı bədii çalarlarla təsvir edilib. Əsərin qəhrəmanı Riz Perettinin anası Terensin ona “...qızım, bu şəhəri özümüzə yaşayış məskəni seçmişiksə...onun da ab-havasına alışmalı, bacardığımız qədər dözməliyik...” sözlərinə Rizin “”...yox, ana, yox... mən güclülər, canilər, vəhşilər yaşayan şəhərdə doğulmuş olsam da, güclü də, cani də, iradəli və fəndgir də olub ağılla, mənəviyyatla yaşayacağam, bacardığım qədər də inadkar, qisascıl olacağam...” deməsi əsərin demək olar ki, məğzini, məzmununu təşkil edir. Əsərgənc nəsli, ümumiyyətlə, insanları pis adət və vərdişlərdən yayındırmağa, sevgi, mənəviyyat və səmimiyyətlə yaşamağa ruhlandırır.
ISBN 978-9952-440-45-5, 2013, 580 səh.



No comments:

Post a Comment