Thursday, July 17, 2014

Zəhirəddin Məhəmməd Babur
Baburnamə
Çağatayca, türkcə və rsca nəşrlərindən çevirən, ön sözün, qeydlərin və izahların müəllifi: Ramiz Əskər

Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif burada öz keşməkeşli həyatını qələmə almış, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli mə¬lumatlar vermişdir. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TürkSOY tərəfindən təşkil olunan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bu günkü Durumu və Qarşılaşılan Problemlər» mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.

2011, ISBN 978-9952-29-041-7, 424 səh.



No comments:

Post a Comment