Tuesday, September 16, 2014

National Geographic Azərbaycan.
"Azərbaycanın rəngləri"  
ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin populyar “National Geographic” jurnalı Azərbaycan dilində də nəşr olunub. Azərbaycan dili jurnalın nəşr olunduğu sayca 40-cı dildir. Jurnalın əsas materialları ingilis dilindən tərcümə olunub. Jurnalda eyni zamanda, Azərbaycan oxucusu üçün maraq kəsb edən materiallar da yer alıb.
Jurnalda dünyanın ən maraqlı yerləri, qədim tayfaları, vəhşi təbiəti, məşhur alimlərin elmi yenilikləri haqqında oxumaqla yanaşı, peşəkar fotoşəkillər də görə bilərsiniz. Dərgidə Azərbaycan, onun tarixi və mədəniyyəti ilə bağlı maraqlı yazılar da var.
1888-ci ildən dərc olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə, 40 yerli dildə dərc olunur. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.
İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir. Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları, məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11 mindən artıq tədqiqat, mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil proqramları vasitəsilə coğrafi biliklər genişləndirilir.
Ətraflı məlumat üçün: www.nationalgeographic.com
"Garant" Media Holding


No comments:

Post a Comment