Friday, September 19, 2014

Nəşrə hazırlayan: Mehmet Rıhtım
Qırxlar - Azərbaycanın sufi pirləri 

“Qırxlar -Azərbaycanın sufi pirləri” adı verilən bu kitabdakı sufilərin Azərbaycan ilə bağlılığı bir neçə cəhətiylə təsbit edilməkdədir. Əvvəla, Azərbaycanda doğulmuş və burada yaşayıb vəfat etmiş olanlar, ikincisi, Azərbaycanda doğulmuş, başqa yerlərdə yaşamış olanlar, üçüncüsü başqa yerdə doğulmuş, Azərbaycana gələrək burada yaşamış və vəfat etmiş olanlar, dördüncüsü uzun müddət Azərbaycanda yaşamış olanlar. Bunlardan birinci və ikinci qrupdakı çoxluq, ikinci və üçüncü qrupdakılar isə azlıq təşkil edir. Kitabın adının “Qırxlar” olmasının səbəbinə gəldikdə isə 40 sayının təsəvvüfdə xüsusi mənası ilə bərabər Ləməzatda adları keçən və məlumat verilən Azərbaycanlı sufi şeyxlərinin sayının qırx civarında olması ilə bağlıdır. Qırxlar sufilikdə qəbul edilən və hər dövrdə var olduqlarına inanılan müqəddəs övliya şəxsiyyətlərdir. Ədəbiyyatımıza, folklorumuza, toponimlərimizə daxil olmuş sirli bir rəqəmdir.
2014, ISBN 978-9952-468-28-1, 176 səh



No comments:

Post a Comment