Sunday, October 12, 2014

Antuan dö Sent-Ekzüperi. "Gecə uçuşu".

Filosof-yazıçıya ilk ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu" əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent-Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq naminə məsuliyyət hissinin aliliyini göstərir. Sent-Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də "Gecə uçuşu"nun səciyyəvi cəhətlərindəndir.
Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007, 120 səh.



No comments:

Post a Comment