Monday, October 13, 2014

Şah İsmayıl Səfəvi
“Tarixi-diplomatik sənədlər toplusu”

Kitab ilk dəfədir ki, İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmaları fondlarından toplanmış materiallar – diplomatik məktublar, fətva və fərmanların orijinalları əsasında fars, ərəb və Osmanlı-türk dillərindən tərcümə edilərək Azərbaycan ictimaiyyətinə ana dilimizdə təqdim olunur. Azərbaycan dilində Şah İsmayıl və Səfəvilər mövzusunda son dövrlərdə qələmə alınmış az sayda araşdırmalarda sözügedən sənədlərin bəzilərinə istinadlar olsa da, onların şərhləri ilə birgə tam mətnlərinin tərcüməsi ilk dəfədir ki, həyata keçirilir. Ümumilikdə, nəşrdə 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onlardan da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu məktublardır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2014, 400 səh.

Qiyməti: 7.00 AZN



No comments:

Post a Comment