Saturday, October 11, 2014

LEV TOLSTOY - Dirilmə (roman)

Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur. İnsan öz əzəli təbiətinə uyğun hərəkət etdiyi təqdirdə səhvlərə yol vermir, onun ruhu sağ və salamat olur. Elə ki, insan öz təbii mhiyyətindən deyil, ictimai dəyərlər və normalardan çıxış edərək hərəkət edir, onda o fəlakətə düşar olur, səhvlərə yol verir, ruhi cəhətdən ölür.

Romanın əvvəlində verilmiş təbiət təsviri, şəhərdə azın gəlməsi də məhz bu ideyanı açıqlayır. Burada şəhər təbiətin əksi və cəmiyyətin simvolu kimi verilir. İinsanlar şəhər deyilən bu məkanlara bir yerə yığışara torpağı daş və qranitlə, binalarla örtmüş və sanki onun əsas missiyasını, bitirmək və yerinə yetirmək qabiliyyətini əlindən almaq istəyirlər. Lakin insanlar heç vəchlə torpağın əsas mahiyyətini, onun canlı həyatın mənbəyi və həmişə diri olmasını məhv də bilmirlər.

İnsan da torpaq kimidir. Onun da əsas missiyası və mahiyyəti daim həyata can atmasında, ruhi cəhətdən daim diri olmasındadır. Lakin şəhər və cəmiyyət insanı da torpaq kimi, bu dirilik və həyat mahiyyətindən məhrum etməyə çalışır, nəticədə isə sonacan bu məqsədə nail ola bilməsə də, onu, yəni insanı təhrif edir, dəyişir, öz özünə yad bir vəziyyətə salır. Romanın əsas mövzusu da bundan ibarətdir: təbiətən saf, ruhən təmiz yaranmış insan cəmiyyətin təsiri altında ruhən ölü vəziyyətə düşür, lakin onun ruhu heç vaxt sonacan ölmür, dirilir və inan öz əzəli ahiyətinə qayıdır. Bu mahiyyətin ifadəsini Tolstoy dində, Allaha etiqadda görür.



No comments:

Post a Comment