Wednesday, June 10, 2015

Ələsgərova İradə
Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi / + PDF
(monoqrafiya)

Kitabın bədii və texniki tərtibatı mövzusunda azərbaycan dilində ilk dəfə nəşr olunan bu dərs vəsaitində nəşrin texniki tərtibat xüsusiyyətlərindən söz açılır, bədii tərtibat üsullarının ətraflı təsnifatı verilir. Dərs vəsaitində, həmçinin kitabın kompozisiya və bədii poliqrafik forması: daxili elementlərin kompozisiyası, titul (avantitul, frontispis, şmustitul, kolontitul) tərtibatı, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri: maddi-texniki bazanın xüsusiyyətləri haqqında da metodiki cəhətdən geniş və əsaslandırılmış məlumat verilir.
Monoqrafıya Azərbaycanda hazırlanan əlyazma və çap kitablarının tədqiqat obyektinə çevrilərək araşdırıldığı ilk təcrübə, Azərbaycan kitabının bədii-texniki tərtibat tarixinə həsr olunmuş ilk əsaslı elmi-tədqiqat işidir. Əsərdə, kitab ilk dəfə tədqiqata yazar, ədəbi, bədii və texniki redaktorun, poliqrafıya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb olunub mərhələlərə bölünməklə öyrənilmiş,səciyyəvi tərtibat xüsusiyyətləri, hazırlandığı çap üsullarının texniki imkanları, poliqrafiya texnika və texnologiyasının inkişaf səviyyəsi ilə bağlı araşdırılmış, bədii tərtibat üsullarının təsnifatı verilib ifadə vasitələri, başlıca tərtibat meyarları dəqiqləşdirilmiş, maddi-texniki bazanın kitab tərtibatında rolu və yeri, eləcə də nəşrin kompozisiya və bədii poliqrafik forması müəyyənləşdirilmişdir.
Monoqrafiya müvafiq ali məktəblərin müəllim və tələbələri (bakalavr və magistr), naşir, redaktor (ədəbi, bədii, texniki) və müəlliflər, redaksiya, mətbəə işçiləri, kitabşünaslıq, sənətşünaslıq və mətbuat sahəsində çalışan mütəxəssislər, həmçinin kitab həvəskarları üçün nəzərdə tutulmuş dəyərli mənbə, dərs vəsaitidir.

Kitabı alana əlavə olaraq (PDF) elektron versiyası verilir

Müəllif: İradə Ələsgərova
Dil: Azərbaycan Nəşriyyat: "Təhsil"
Nəşr ili: 2015 ISBN:-
Səhifə: 280 səh.
Format: 60x90/16 (150x225 mm)
Cildi: bərk
Tiraj: 300 nüsxə


No comments:

Post a Comment