Thursday, June 18, 2015

İsgəndər Tağıyev
Şirvanşahlar sarayı yaxud Seyid Yəhya Bakuvinin xanəganı
Seyid Yəhya Bakuvinin Azərbaycan tarixində rolu həddən ziyadı böyükdür. Onun elmi, yaratdığı məktəb həm öz dövründə, həm də onun vəfatından sonra demək olar ki, bütün Şərq aləminə yayılmışdır. Bu böyük şəxsiyyətin ömür boyu yaşadığı, vəfat etdiyi və nəhayət dəfn olunduğu məkan müqəddəs ocaq olaraq uzun əsrlər xalqın inanc yeri olmuşdur. İ. Tağıyev diqqətli araşdırmaları, məntiqli hesablamaları ilə tariximiz iki əsas amili tədqiq edə bilmişdir. Əvvəla, o, Bakuvinin doğum ilini dəqiqləşdirmişdir ki, həmin tarix bizə bu böyük şəxsiyyətin anadan olmasının ildönümünü qeyd etməyə imkan verir. İkincisi, İ. Tağıyev Seyid Yəhyanın dəfn olunduğu yeri müəyyən etmiş və Seyidin məhz həmin yerdə basdırıldığını sübuta yetirmişdir.
2014, 152 səh.

No comments:

Post a Comment