Saturday, June 6, 2015

Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan
Azərbaycanca-rusca izahlı hüquq lüğəti
Azərbaycanca-ingiliscə hüquq lüğəti
Русско-Азербайджанский толковый юридический словарь
Müəllifləri : Ramiz Rzayev – Ali Məhkəmənin sədri, Rafiq Novruzov – filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru, Könül Əliyeva – Ali Məhkəmənin məsul işçisi
Redaksiya heyəti : Ali Məhkəmənin hakimləri Azər Hüseynov, Şahin Yusifov, Tapdıq Mahmudov, Ələsgər Əliyev, Bağır Əsədov, Fərhad Kərimov, Vəfaddin İbayev
Elmi redaktorlar : İsmayıl Məmmədov – filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri və Aynur Ağazadə – Azərbaycan Dillər Universitetinin müəllimi
Hər iki kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 2012-ci ildə nəşr olunub.
18 (on səkkiz) minə yaxın söz və söz birləşməsini özündə əks etdirən “Azərbaycanca-rusca izahlı hüquq lüğəti" adlı kitab Ali Məhkəmə tərəfindən hüquqşünasların, eləcə də digər oxucu kütlələrinin soraq-məlumat tələbatını ödəmək üçün buraxılmışdır. Lüğət həm məhkəmə işçiləri, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin işgüzar məktubların, sorğuların, ərizələrin və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədilə tərtib olunub.
"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 (on doqquz) minədək söz və söz birləşməsini özündə əks etdirən "Azərbaycanca-ingiliscə hüquq lüğəti" hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.
"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndə olduğu kimi bu lüğətdə də qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb.
Lüğətlərin fərqləndirici cəhətlərindən biri də odur ki, burada hüquqi terminlər ilə yanaşı hərbi, vergi, maliyyə, gömrük, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan yeni terminlərə geniş yer verilmişdir.



No comments:

Post a Comment