Wednesday, May 4, 2016

Ginekologiya (dərslik) Kitab ginekologiya fənni üzrə Azərbaycan dilində latın qrafikası ilə yazılmış ilk dərslikdir. Dərslik ali tibb məktəbləri proqramına uyğun tərtib olunmuş və tələbələr, mama-ginekoloqlar üçün nəzərdə tutulmuşdur. Ümidvarıq ki, dərslik Tibb Universitetinin tələbələrinə ginekologiya fənninə dair lazımi və kifayət dərəcədə bilik toplamağa kömək göstərəcək, ümumi praktik həkimlər gündəlik fəaliyyətlərində bu kitabdan faydalanacaqlar. Ginekologiya (yunanca gine - qadın. loqos - elm) "qadın haqqında elm" deməkdir. Təbabətin mühüm əhəmiyyət kəsb edən sahəsi olan ginekologiya qadın cinsiyyət üzvlərinin anatomik-fizioloji xüsusiyyətlərini öyrənən, qadın xəstəliklərini və onların diaqnostika, profilaktika, müalicə, bərpa üsullarını hazırlayan, tətbiq edən bir elmdir. Ginekologiya fənni üzrə Azərbaycan dilində latın qrafikası ilə yazılmış dərslik, demək olar ki, mövcud deyildi. 1951-ci ildə A.İ.Serebrovun orta tibb məktəbləri üçün ginekologiya üzrə dərs vəsaitinin ruscadan tərcümə edilmiş variantı nəşr olunmuş, 1964-cü ildə S.M.Axundovun tibb institnun tələbələri üçün "Ginekologiya" dərs vəsaiti, 1987-ci ildə isə V.İ.Bodyajinanın, K.N.Jmakinin "Ginekologiya" dərsliyi dosent Ə.M.Rəştiyev tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilmişdir. Bakı, 2012, 600 səh. bərk cild ISBN 978-9952-34-757-9


No comments:

Post a Comment