Tuesday, May 31, 2016

“MİNOR“
Xaqani Hass 
-----------
Üçüncü kitabım çapdan çıxdı: “Minor”. Əslindǝ kitabın çapı çox gecikdi, keçǝn il (2015-ci ildǝ) çap olunmalı idi. Ancaq ölkǝdǝki iqtisadi böhrana görǝ nǝşriyyatlar çǝtinliklǝrlǝ üzlǝşdi; bununla yanaşı kitabın çapıyla bağlı başqa problemlǝr dǝ yaranmışdı. Nǝticǝdǝ “Minor”un çap olunması planladığımdan da gec hǝyata keçdi. Eybi yoxdur, nǝhayǝt yenidǝn oxucularımın qarşısındayam.
Bu kitabı Rafiq Tağının xatirǝsinǝ ithaf etdim. Onun qǝtl edilmǝsindǝn bǝri fikrim bu idi, növbǝti kitabımı mütlǝq ona ithaf edǝcǝkdim, etmǝliydim. Bu, bir şair/bir yazar/bir mütǝfǝkkir kimi mǝnim borcum idi, gec dǝ olsa borcumu yerinǝ yetirdim.
“Minor”, mǝnim qırxıncı yaşımın ǝsǝridir; qırx yaşın şeirlǝridir onlar. Kitabda formaca eyni tipdǝ yazılmış qırx şeir var. Şeirlǝr qısadır, hamısı üç misradan ibarǝtdir. Mǝn bu şeirlǝri yaradıcılığımın xüsusi bir mǝrhǝlǝsi hesab edirǝm. Bu şeirlǝr üslub, tǝrz, forma cǝhǝtdǝn ǝvvǝlki şeirlǝrimdǝn nisbǝtǝn fǝrqlidir. Oxucular yǝqin ki, özlǝri dǝ bunu müşahidǝ edǝcǝklǝr.
“Minor” oxunası kitabdır; “Minor” - 40 yaşın 40 şeiridir.

/kitabdan 1 parça/
“qırılmış budağın gözündə ölüm son deyil
bilməzdim budaq olanadək qollarım
kölgəsi qırx yaş uzunluğunda və lal”
---------------
Xaqani Hass

No comments:

Post a Comment