Monday, December 29, 2014

2 MƏŞHUR ƏSƏR 1 KİTABDA


Teodor Drayzer
Qasırğa (povest)
Tərcümə edən: Zeydulla Ağayev

KitabKlubu.org, 2014, 55 səh.

Povest emosionallığı ilə fərqlənir. Əhvalat gənc qızın
cavan oğlana vurulması, ondan uşağa qalması və özündən
razı, xudbin varlı bir gəncin qızdan imtinası haqqındadır.
Əsərin süjet xətti, demək olar ki, “Amerika faciəsi” romanının
süjet xətti ilə eynilik təşkil edir, lakin burada əksinə qız oğlanı
öldürür. Əhvalat qəmgin notla başa çatır. İda bu yüklə yaşaya
bilmir. Əsərin sevindirici məqamı odur ki, uşaq valideynlərindən
fərqli olaraq bu dünyada yaşamaqda davam edir.

© KitabKlubu, 2014
© Gənclik, 1972
==========================

Onore de Balzak
İfritə (hekayə)
Tərcümə edən: Əsgər Ağayev

KitabKlubu.org, 2014, 88 səh.

«İfritə» hekayəsi xristian kilsəsi tarixinin ən rüsvayçı
səhifələrindən birini – inkvizisiya və “əcinnələr ovu” dövrünü
bütün çılpaqlığı ilə göstərir. Hekayədə orta əsrlərin axırından
və intibah dövrünün başlanğıcından danışılır. Balzak öz
əsərində ilahi qüvvələrin iradəsindən azad olan insanın
yaranışını, əvəzində ruhanilərin necə maddiyyətə yuvarlandıqlarını
və “mentalitet” pərdəsi altında edilən bütün
hərisliklərindən doğan cinayətlərini rəngarəngliyi ilə göstərir.

© KitabKlubu, 2014
© Azərnəşr, 1965


No comments:

Post a Comment