Wednesday, December 17, 2014

Fərman Eyvazlı

Qaçaq Kərəm
 
(roman)

KitabKlubu.org, 2014, 490 səh. (Ön söz İsmayıl Şıxlınındır)
Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı...
Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur... Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbliğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır.

© Kitab Klubu MMC, 2014
© Yazıçı, 1986

Kitabı əldə etmək üçün:
KitabKlubu.org: (012) 492-12-38(050) 404-91-13
Zəka Kitab Evi: (012) 599-01-54(050) 519-04-54


No comments:

Post a Comment