Saturday, December 13, 2014

Kitab işinin inkişafında özünü fəal göstərən insanlar mükafatlandırıldı

Ənənəvi olaraq Bakı «Kitab Klubu» ilin sonunda kitab işi haqqında – yeni nəşrlər, yeni layihələr və s. barədə vaxtında mütəmadi yazan, televiziya və başqa media vasitələrində işıqlandıran, gördüyü işlərlə kitab aləminə töhvə verən, başqa sözlə Azərbaycanda kitab işinin inkişafında özünü fəal göstərən insanları seçərək onları mükafatlandırır.

Bu il də qiymətləndirmə «2014-cü ildə Azərbaycanda kitab işinin inkişafına verdiyi töhfəyə görə» nominasiyası üzrə keçirildi. Mükafatlandırma mərasimi bu gün, saat 15:00-da «Kitab Klubu»nun sərgi salonunda keçirildi. Bu il üçün mükafatı qazanmağa 4 nəfər nominant var idi. Mükafat alanlar bunlar oldular:

Nazlı İbisova (Mədəniyyət TV)
Yeganə Cansail (Region TV)
Fərid Kərimov (BakuMoz)
Qurban Məmmədli (KitaBaz)

Mükafatçılara klubun fəxri diplomları, maykaları və müxtəlif kitab hədiyyələri, AzadlıqRadiosundan özəl suvenirlər, başqa qiymətli* hədiyyələr təqdim olundu.

Gələn ildən başlayaraq, saytımızda www.kitabklubu.org yerləşdirilən yeni kitablar haqqında ən dolğun şərh və rəy göndərənlər ilin sonu mükafatlandırılacaq.

Əlavə məlumat üçün www.kitabklubu.org saytına baxın.
–––––––––––––––––––––––––––––––
Bu haqda başqa yazılar:
Kitab haqqında yazan jurnalistlər mükafatlandırıldı
http://www.azadliq.org/content/article/2258974.html



No comments:

Post a Comment