Sunday, December 7, 2014

Kitab işində fəaliyyətinə görə mükafatlandırma tədbiri

Ənənəvi olaraq Bakı «Kitab Klubu» ilin sonunda kitab işi haqqında – yeni nəşrlər, yeni layihələr və s. barədə vaxtında mütəmadi yazan, televiziya və başqa media vasitələrində işıqlandıran, gördüyü işlərlə kitab aləminə töhvə verən, başqa sözlə Azərbaycanda kitab işinin inkişafında özünü fəal göstərən insanları seçərək onları mükafatlandırır.

Bu il də qiymətləndirmə «2014-cü ildə Azərbaycanda kitab işinin inkişafına verdiyi töhfəyə görə» nominasiyası üzrə keçiriləcək. Mükafatlandırma mərasimi dekabrın 13-də (şənbə), saat 15:00-da «Kitab Klubu»nun sərgi salonunda keçiriləcək. Bu il üçün mükafatı qazanmağa 4 nəfər nominant var. Adları tədbir zamanı açıqlanacaq.

Mükafatçılara klubun fəxri diplomları, maykaları və müxtəlif kitab hədiyyələri, AzadlıqRadiosu-ndan özəl suvenirlər, başqa qiymətli* hədiyyələrin verilməsi nəzərdə tutulub.

Əlavə məlumat üçün www.kitabklubu.org saytına baxın.

–––––––––––––––––––––––––––––––

Az1001, Bakı, Nabat Aşurbəyova, 13

Tel: 012/492-12-38, 050/404-91-13

E-mail: KitabKlubu@gmail.com

Bu haqda başqa yazılar:
Kitab haqqında yazan jurnalistlər mükafatlandırıldı
http://www.azadliq.org/content/article/2258974.html



No comments:

Post a Comment