Friday, July 10, 2015

Tərtib edən: Nüşabə Babayeva-Vəkilova
Vaqif Səmədoğlu. Dramaturgiya (1, 2 cild)
Vaqif Səmədoğlu elə bənzərsiz yaradıcılıq istedadına malikdir ki, sağlığında klassikləşməyi bacarıb. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəldib. V. Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır. Milli mənbələrə çox bağlı olduğu üçün onun yaradıcılığı çox zəngin və qüvvətlidir. Pyesləri tutarlı, kəskin sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən V. Səmədoğlunun özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Dövrünün bədii mənzərəsini canlı əks etdirən V. Səmədoğlu dramaturgiyası dərin təhlil və dəyərləndirməyə ehtiyac duyur.
2014, 
978-9952-498-31-8, 280 səh. (1-ci cild) 
978-9952-498-32-5, 272 səh. (2-ci cild) 


No comments:

Post a Comment