Thursday, July 9, 2015

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
---------------------------------------------------
DƏK Seriyasından növbəti yeni 4 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 109 kitab artıq nəşr olunub.
• Tomas Vulf. Seçilmiş əsərləri
• Samuel Bekket. Seçilmiş əsərləri
• Ərəb ədəbiyyatı antologiyası
• Latın Amerikası ədəbiyyatı antologiyası

_______________________________________________

Tomas Vulf. Seçilmiş əsərləri
Tomas Vulf 1900-cü il oktyabr ayının 3-də Şimali Karolina ştatının kurort şəhəri olan Aşvillada doğulmuşdur. Anasının sahib olduğu pansion şəraitində böyüyən Tomas Vulf artıq on beş yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. 1920-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra Vulf dramaturq olmaq istəyi ilə Harvard Universitetinə daxil olur. Buraya o, prof. P. Beykerin rəhbərlik etdiyi dramaturgiya üzrə seminarlarda fəal iştirak etmək məqsədilə gəlmişdi. Üç ildən sonra o özünün “Bizim şəhərə xoş gəlmişsiniz” və “Manner haus”  pyeslərini Nyu-Yorka gətirir, lakin bunları tamaşaya qoymaq üçün prodüser tapmadığından arzusunu həyata keçirə bilmir. Yaxın dostuna çevrilən nəşriyyat direktoru M. Perkins əsərlərinin nəşr olunmasında ona xeyli kömək edir. Onun 1929-cu ildə qələmə aldığı “Mələk, öz evinə nəzər sal” avtobioqrafik romanı da həmin dostluğun nəticəsində işıq üzü görür. Bir müddət sonra o, Nyu-York Universitetində ingilis ədəbiyyatından dərs deməyə başlayır.
Avropaya səyahət edən Vulf tənha həyat tərzi keçirir, ikinci romanını yazıb başa çatdırır. “Zaman və çay” haqqında (1935) romanında Yujin Qantın sonrakı həyatından bəhs edir.
1938-ci ilin yayında ABŞ-ın qərb sahillərinə səfəri zamanı o, pnevmoniya xəstəliyinə düçar olur. 1938-ci ilin sentyabr ayının 15-də vəfat edir.
Kitaba müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-32-130-2, 2015, 416 səh.

Samuel Bekket. Seçilmiş əsərləri
Tərcüməçi: Əyyub Qiyas
Dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samuel Bekket dünya ədəbiyyatı tarixində daha çox Absurd Teatrının yaradıcısı kimi qalır. Ona ən böyük şöhrət gətirən əsəri isə dünya dramaturgiyası incilərindən biri olan "Qodonun intizarında" pyesidir. S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına ("Nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə") layiq görülüb. Müəllif əsərlərini ingilis və fransız dillərində yazıb yaratmışdır.
Kitaba müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib.
“Qafqaz” / “Şərq-Qərb” Nəşriyyat Evi, ISBN 978-9952-500-03-5, 2015, 352 səh.

Ərəb ədəbiyyatı antologiyası
Kitaba Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın  bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-500-04-2, 2015, 320 səh.

Latın Amerikası ədəbiyyatı antologiyası
Kitaba Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-500-06-6, 2015, 352 səh.

Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.

DÜNYA ƏDƏBİYYATI KİTABXANASI
Çapdan çıxmış kitablar | ardıcıllıqla

1 Anton Çexov, S/Əsərləri 
2 Sədi Şirazi, S/Əsərləri 
3 Homer, İliada 
4 Homer, Odiseya 
5 Uilyam Şekspir, S/Əsərləri
6 Jül Vern, S/Əsərləri 
7 Aleksandr Puşkin, S/Əsərləri 
8 Daniel Defo, Robinzon Kruzo 
9 Lev Tolstoy, S/Əsərləri 1 cild 
10 Yunus Əmrə, Əsərləri 
11 İngilis ədəbiyyatı antologiyası 
12 Nazim Hikmət, S/Əsərləri 
13 Çingiz Aytmatov, S/Əsərləri 
14 Knut Hamsun, S/Əsərləri
15 Conatan Svift, Quliverin səyahəti
16 Mayn Rid, S/Əsərləri
17 Mark Tven, S/Əsərləri
18 Orxan Pamuk, S/Əsərləri
19 Haynrix Böll, S/Əsərləri
20 Fyodor Dostoyevski, S/Əsərləri 1 cild
21 Erix Maria Remark, S/Əsərləri
22 Cek London, Martin İden
23 Fridrix Şiller, S/Əsərləri
24 Nikolay Qoqol, S/Əsərləri
25 Cerom Devid Selincer, S/Əsərləri
26 Per Lagerkvist, S/Əsərləri
27 Fyodor Dostoyevski, S/Əsərləri 2 cild
28 Viktor Hüqo, S/Əsərləri 1 cild
29 Jorji Amadu, S/Əsərləri
30 Alman antologiyası
31 Viktor Hüqo, S/Əsərləri 2 cild
32 Joze Saramaqo, S/Əsərləri
33 Fenimor Kuper, S/Əsərləri
34 Viktor Hüqo, S/Əsərləri 3 cild
35 Antik Əd. antologiyası
36 Frans Kafka, S/Əsərləri
37 Andrey Platonov, S/Əsərləri
38 Somerset Moem, S/Əsərləri
39 Stiven Kinq, S/Əsərləri
40 Xulio Kortasar, S/Əsərləri
41 Lev Tolstoy, S/Əsərləri 2 cild
42 Qabriel Qarsia Markes, S/Əsərləri
43 Herman Hesse, S/Əsərləri
44 Robert Stivenson, S/Əsərləri
45 Lev Tolstoy, S/Əsərləri 3 cild
46 Con Qolsuorsi, S/Əsərləri 
47 Ernest Heminquey, S/Əsərləri 
48 Lyuis Sinkler, S/Əsərləri 
49 Corc Oruell, S/Əsərləri 
50 Harold Pinter, S/Əsərləri 
51 Gi de Mopassan, S/Əsərləri 
52 İoqan Volfqan Gete, S/Əsərləri 
53 Vladimir Nabokov, S/Əsərləri 
54 Rabindranat Taqor, S/Əsərləri 
55 Uilyam Qoldinq, S/Əsərləri 
56 Lion Feytxvanger, S/Əsərləri 
57 Con Maksvel Kutzee, S/Əsərləri 
58 Uilyam Folkner, S/Əsərləri 
59 Yasunari Kavabata, S/Əsərləri 
60 Onore de Balzak, S/Əsərləri 
61 Aleksandr Soljenitsın, S/Əsərləri 
62 Stefan Sfeyq, S/Əsərləri
63 Con Apdayk, S/Əsərləri
64 Aqata Kristi, S/Əsərləri
65 Rus şeiri antologiyası
66 Mixail Bulqakov, S/Əsərləri
67 Fyodor Dostoyevski, S/Əsərləri 3 cild
68 Toni Morrison, S/Əsərləri
69 Nəcib Fazil Qısakürək, S/Əsərləri
70 Paulo Koelho, S/Əsərləri
71 İspan Ədəbiyyatı antologiyası
72 Tomas Eliot, S/Əsərləri
73 Stanislav Lem, S/Əsərləri
74 Herman Melvil, Mobi-dik
75 Con Milton, S/Əsərləri
76 O.Henri, S/Əsərləri
77 Oskar Uayld, S/Əsərləri
78 Prosper Merime, S/Əsərləri
79 Andre Morua, S/Əsərləri
80 Jorj Simenon, S/Əsərləri
81 Moris Meterlink, S/Əsərləri
82 Mixail Şoloxov, S/Əsərləri
83 İvan Bunin, S/Əsərləri
84 Redyard Kiplinq, S/Əsərləri
85 Valter Skott, Ayvənhəu
86 Artur Miller, S/Əsərləri
87 Ernest Seton-Tompson, S/Əsərləri
88 Migel de Servantes,“Lamançlı Don Kixot”
89 Henrix Mann, S/Əsərləri
90 Rus nəsri antologiyası
91 Nəcib Məhfuz, S/Əsərləri
92 Con Steynbek, S/Əsərləri
93 Jan Pol Sartr, S/Əsərləri
94 Fransız ədəb. antologiyası
95 Alber Kamü, S/Əsərləri
96 Dünya elmi-fantastik antologiya I cild
97 Dünya elmi-fantastik antologiya II cild
98 Dünya yazıçıları nağılları antologiyası
99 Fransuaza Saqan, S/Əsərləri
100 Fransua Rable, "Qarqantua və Pantaqruel"
101 Ayzek Azimov, S/Əsərləri
102 Xorxe Luis Borxes, S/Əsərləri
103 Corc Bernard Şou, S/Əsərləri
104 Dünya dramaturgiyası antologiyası. 1-ci cild
105 Migel Asturias, S/Əsərləri
106 Tomas Vulf, S/Əsərləri
107 Ərəb ədəbiyyatı antologiyası
108 Latın amerikası ədəb. antologiyası
109 Samuel Bekket, S/Əsərləri


Bakı "Kitab Klubu"
Ünvan: N.Aşurbəyova (Mustafa Subhi 13)
Tel: + 994 12 4921238 ; + 994 12 5116186
Mob. + 994 50 4049113 ; + 994 55 6741138
Fax: + 994 12 4921238
E-mail: info@kitabklubu.org ; kitabklubu@gmail.com 
Web: www.kitabklubu.org

Abunə yazılmaq istəyənlər üçün:
http://kitabklubu.org/arxiv/dak-abune.htm


No comments:

Post a Comment