Wednesday, July 15, 2015

MİLİ MƏTBUATIN 140 İLLİYİ MÜNASİBƏTİLƏ:
1) Qulam Məmmədli, Afaq Əliyeva. İmzalar. Bakı, 2015, 312 s.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru E.Qasımova.
Rəyçilər: filologiya üzrə elmlər doktoru P.Kərimov,
filologiya üzrə fəlsəfə doktoru X.Yusifova.
Oxucuya təqdim olunan bu biblioqrafik göstərici Q.Məmmədlinin «İmzalar» kitabı əsasında çapa hazırlanmışdır. Kitab iki hissədən ibarətdir. I hissəyə Q.Məmmədlinin «İmzalar» kitabı daxil edilmişdir. II hissədə əvvəlcə müəlliflərin ad və familiyaları, sonra isə onlara aid edilən imzalar verilmişdir. Bununla, tədqiqatçının hər iki halda – imzanın müəllifini və müəllifin imzalarını tapmaqda əvvəlki biblioqrafiyada üzləşdiyi çətinlik aradan qaldırılmışdır.
Bu nəşr elmi, biblioqrafik sənədli mənbələr əsasında yeni müəllif və imzalar ilə zənginləşdirilmişdir.

2) Elmira Qasımova, Afaq Əliyeva. İmzalar. «Molla Nəsrəddin» (1906-1931). Bakı, 2015, 198 s.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru A.Salmansoy.
Rəyçilər: filologiya üzrə fəlsəfə doktoru G.Qocayeva.
filologiya üzrə fəlsəfə doktoru S.Vahabova.
Oxucuya təqdim olunan bu biblioqrafik göstərici gizli imzaların toplanılması və spesifikliyi baxımından ilk təşəbbüsdür.
Kitab iki hissədən ibarətdir: I hissədə müxtəlif fasilələrlə 25 il nəşr olunan «Molla Nəsrəddin» jurnalının 1906-1921, II hissədə isə 1922-1931-ci illərin mətnindəki bütün gizli imzalar qeydə alınmışdır.

3) Novruz Ağayev, Mərziyə Paşayeva. İmzalar. Bakı, 2015, 72 s.
Transfoneliterasiya edən, çapa hazırlayan və ön sözün müəllifi: Elmira Qasımova.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru R.Sadıqov.
Oxucuya təqdim olunan bu kitaba mətbuat səhifələrindəki minlərcə gizli imzanın kiçik bir qismini özündə əks etdirən ilk biblioqrafik göstəricilər daxil edilmişdir. Göstərici gizli imzaların atribusiyası üçün tədqiqatçıya istiqamətverici mənbə kimi yararlıdır.




No comments:

Post a Comment