Wednesday, July 1, 2015

Fazil Güney
“Yalanın gerçəkliyi”
Kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərdən seçmələr toplanıb. Müxtəlif janrlarda yazılmış bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəyi” povestində, “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iş dünyasını açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi” və digər hekayələrində islahedici yumordan istifadə edib.


No comments:

Post a Comment