Friday, October 9, 2015

Ales Karlyukeviç
"Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri"
/Tərcümə: Kamran Nəzirli/

Tanınmış Belarus yazıçısı Ales Karlyukeviçin uşaqlar üçün yazdığı kitabını "Dünya uşaq ədəbiyyatı" seriyası adı altında çapdan buraxıb. Kitab maraqlı süjet xətti və dərin məzmunu ilə diqqəti cəlb edir. Əsər filateliya və təbiətşünaslığa böyük maraq göstərən Belaruslu məktəbli Maksimkanın sərgüzəştlərindən bəhs edir. Onun təbiəti və heyvanat aləmini qorumaq üçün göstərdiyi fədakarlıqlar və sərgüzəştlər ibrətamizdir. Əsərin əsas ideyasını da məhz Vətən sevgisi, doğma torpağın fauna və florasına olan diqqət və qayğı, təbiətin mühafizəsi, insan və təbiət münasibətləri təşkil edir. Povest-nağıl orta əsr Avropa ədəbiyyatının populyar janrlarından birində – sərgüzəşt, fantastik macəra janrında qələmə alınsa da, burda təsvir olunan hadisələr müasir yazı üslubu və yazıçı priyomları ilə məharətlə sintez edilir, nəticədə orijinal ədəbi nümunə kimi maraq doğurur. Kitabın ön sözünün müəllifi və Azərbaycan dilinə tərcüməçisi yazıçı K. Nəzirli, tərtibatçısı və dizayn müəllifi Mətanət Qaraxanlı, nəşriyyat redaktoru isə Əliş Mirzallıdır.

Qeyd edək ki, povest-nağılın müəllifi Ales Karlyukeviç həm də Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, "Zvezda" parlament və hökumət qəzetinin Baş redaktorudur. İnanmaq istəyirik ki, istedadlı Belarus yazıçısının Azərbaycanda çıxan bu kitabı ölkə məktəbliləri arasında da böyük maraq doğuracaq, onların stolüstü kitabına çevriləcək.
"Mütərcim" nəşriyyatı , 2015, tiraj 500



No comments:

Post a Comment