Wednesday, October 7, 2015

Şakir Qabıssanlı (Həmzəyev)
Azərbaycan xalçalarının açılmamış sirləri. 
Bakı, «Təhsil», 2014, 232 səh. illüstrasiyalı, 22x30, bərk üz qabığı, tiraj 500
Kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri (predmet yazıları) dünyanın on yeddi ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamızın tarixi sirlərinə sanki mənəvi yollar açır. Dünya fəlsəfəsinin, fəlsəfi fikrinin əzəli kimi ulu peyğəmbərlərin diktələrini özündə təcəssüm etdirir. Kitabda Nuh tufanının danılmaz arqumentləri, «Zənd-Əvəsta» («Avesta») ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji tənliklərlə oxuculara çatdırılır. Sonda rəqəmlərin, xətlərin müqəddəslikdən doğulan məna-mahiyyətləri işıqlandırılmaqla dünyanın yaranma əlamətləri xüsusi sistemlə oxuculara çatdırılır. Kitabda xalçaların açmaları başlıca olaraq kod və şifrələrin açmaları ilə bəsirət gözünə bağlılıqla açılır və işıqlandırılır.



No comments:

Post a Comment