Saturday, October 31, 2015

Aydın Qarabağlı
Azərbaycanın qarqar uruqları və amazonlar
Oxucuya təqdim olunan bu toplum 2008-ci ildə nəşr olunmuş elmi-kütləvi “Qarabağ, onun qədim tayfaları və toponimləri” adlı kitabın bir növ tarixi-coğrafi və məntiqi davamıdır. O Qarabağın ən qədim aborigen və iri türk tayfalarından biri olan Qarqar uruqları və və Amazonlara ( döyüşçü qadınlara) həsr olunmuşdur. Müəlif ulu baba və nənələrimizin iziylə Böyük Qafqaza, onun quzeyinə, Dəsti-Qıpçaq çölünə (indiki “Böyük Rus çölü”) səyahətə çıxmış, sonra Güney-İran Azərbaycanında (Ərdəbil, Təbriz) səfərdə olmuş, zəngin təəssüratını qələmə almışdır. Kitabda ulu türk babalarımızın ilk dövlət qurumlarına, onların axın etdikləri uzaq ölkələrdə; İtaliya (Roma şəhərinin), Ukrayna(Kiyev şəhərinin) və Rusiyada ( Moskvada məşhur Kreml divarı və qüllələrinin) yaradıcısı, qurucu əməyinə, özləri ilə apardıqları mədəniyyətə toxunulmuşdur.
Qarqar uruqlarilə Turova (Troya) uğrunda çiyin-çiyinə vuruşmuş Amazonlarla yanaşı, onların çağdaş davamçıları; II Cahan müharibəsində və Qarabağ savaşında fərqlənmiş qeyrətli döyüşçü ana və bacılarımız haqqında yazılara yer ayrılmışdır.
Nəhayət, kitaba əlavə olunan toponimvə etnonimlərin etimologiyasınıelmi surətdə açıqlayan izahlı lüğət isə onu daha məzmunlu və maraqlı etmişdir.
2015, ISBN 978-9952-28-232-0, 384 səh.

No comments:

Post a Comment