Thursday, December 3, 2015

Elmi redaktor: Kamal Abdulla
Henrix Fridrix fon Dits 

Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu
Kitabi-Dədə Qorqud.
Basat Təpəgözü öldürdüyü boyu bəyan edər. 
(Azərbaycan dilində nəşrə məsul: Sərraf Hüseynov)
Oxucuya təqdim edilən bu kitaba 1815-ci ildə fon Ditsin yazdığı önsöz və “Dədə Qorqud” kitabındakı 12 hekayədən biri-fon Ditsin seçdiyi “Basat Təpəgözü öldürdüyü boy” daxildir. İlk Berlin nəşrindən 200 il keçməsinə baxmayaraq alman aliminin “Kitabi-Dədə Qorqud” dastanının timsalında Azərbaycan xalqının mənəvi potensialına verdiyi yüksək qiymət bu gün də aktualdır. Bəşəri dəyərlər sisteminə daxil olan ölməz Dastanımızın bir parçasının və fon Ditsin qiymətli önsözünün tərcüməsi aparıcı dünya dillərində işıq üzü görür. Böyük alim “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı giriş sözünün sonunda belə yazırdı: “Bu heç də itirilmiş zəhmət sayıla bilməz. Keçmişdəki qaranlıqların işıqlandırılması naminə bizdən sonra bu zəhmətdən istifadə edənlər bizə az da olsa minnətdar olacaqlar.”
2015, ISBN 978-9952-28-245-0, 80 səh.


No comments:

Post a Comment