Saturday, December 12, 2015

Mənzərə Sadıqova
“Qadınlar və kişilər”
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabında müəllifin nəsr əsərləri toplanıb.
İnternetdə oxucuların böyük maraqla qarşıladıqları “Azadlıq qoxusu... və qorxusu”, “Eşq”, “Kişi”, “Sıfır nöqtəsində”, “Ehtiraslar labirintdə”, “Karusel”, “Tale oyunu” və s. hekayələri ilə yanaşı, müəllif bu kitaba “Üçbucaqda gedişlər” adlı povestini də daxil edib.
Əsərlərin hamısında XXI əsrin reallıqları zəminində İNSANın yaşantıları, psixoloji təlatümləri ön plana çəkilir. M.Sadıqova hisslərin zəngin çalarlı palitrasına elə rənglər vurur ki, oxucu sanki baş verənləri oxumur, gözü ilə görür. “Üçbucaqda gedişlər” adlı povest dramatik süjet xətti və yazıçının insan ruhunun dərinliklərinə enməsi baxımından xüsusilə diqqət çəkir.
“Qadınlar və kişilər” adlı yeni kitabında yazıçı ustalıqla xarakterlərin psixoloji dərinliyinə baş vurur, sürətlə dəyişən dünyamızda yeni çalarlar kəsb edən milli-mənəvi, əxlaqi dəyərlərimizə güzgü tutur. Bu baxımdan “Tale oyunu” hekayəsi çox xarakterikdir.
Müəllif: Mənzərə Sadıqova
Dil: Azərbaycan
Nəşriyyat: "Nurlan"
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 272 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq / bərk
Tiraj: 1000


No comments:

Post a Comment