Thursday, December 24, 2015

Kamran Nəzirli. "Dördüncü Möhür" (roman)
"Dördüncü Möhür" qısa hekayələr müəllifi kimi tanınan yazıçı Kamran Nəzirlinin ilk iri həcmli əsəridir. Roman 33 fəsildən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib.
Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir... Taleyin yeni zərbələri onun elmi araşdırmalarına mane olmur... dünyanın qibtə edə biləcəyi həkim-psixiatr kimi tanınır. Bundan sonra o, anlayır ki, insanların psixoloji durumunda böyük problem var, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır...müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar... bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır? Bu qlobal problemi aradan qaldırmaq üçün gənc alim qız yollar axtarır, təlim proqramı hazırlayır. Onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. O, dünyanın xilas olunmasının yollarını göstərməyə çalışır.
Bunlar nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü? Romanda bu suallara cavab tapmaq olar.
Müəllif: Kamran Nəzirli
Dil: Azərbaycan
Nəşriyyat: “Mütərcim”
Nəşr ili: 2015
ISBN: 4702060000-292-15/026
Səhifə: 464 səh.
Format: 60x84/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.


No comments:

Post a Comment