Sunday, December 1, 2013

   Azərbaycan Respublikası Nobel İnformasiya Mərkəzi  tərəfindən “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı  kitab hazırlanaraq oxucuların ixtiyarına verilmişdir.

     Müasir Azərbaycan və ləzgi ədəbiyyatının tanınmış nümayəndəsi olan S.Kərimovanın həyat və yaradıcılığı haqqında geniş və əhatəli məlumat verən bu nəşr beynəlxalq standartlara cavab verən biblioqrafik vəsaitdir. Burada şair, nasir, dramaturq və publisistin 1969-cu ildən 2012-ci ilə kimi yaradıcılığı öz əksini tapmışdır. Kitabda qələm sahibinin əsərlərinin nəşri, həyat və fəaliyyətinin əsas tarixləri haqqında məlumatlar, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin onun haqqında dedikləri  və sairə öz geniş əksini tapmışdır.

     Filologiya elmləri namizədi Bəybala Ələsgərov tərəfindən tərtib olunmuş 207 səhifədən ibarət bu biblioqrafik vəsait ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, müəllimlər, tələbələr və ümumiyyətlə, geniş  oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.


No comments:

Post a Comment