Friday, December 6, 2013

Akif Əli
"Azman" (və ya "Sən mənim dözümümü görəcəksən") 

Yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlinin yeni kitabı çap olunub.
Kitab eramızın IX əsrində yeni din tətbiqi adı altında əslində Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü müstəqil Azərbaycan Xürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilib. Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülün süzgəcindən keçirərək hadisələrin son gedişinə dair öz versiyasını irəli sürüb.
Babəkin mübarizəsinə bu günkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışıb. Torpaqları hələ də düşmən işğalı altında olan ölkəmizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün bu mövzunun aktuallığı şübhəsizdir. Təsadüfi deyil ki, yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf edib.



No comments:

Post a Comment