Sunday, December 15, 2013

Şota Rustavelli
"Pələng dərisi geymiş pəhləvan" (poema) 4-cü nəşr
Tərcüməçilər: S. Vurğun, R. Məmməd, R. Süleyman.

Gürcü ədəbiyyatının görkəmli nümayəndəsi Şota Rustavelinin yeganə əsəri olan "Pələng dərisi geymiş pəhləvan" poeması əsrlərdir ki, şeir və sənət aləmində yaşamaqdadır. Dünya ədəbiyyatı xəzinəsinin qiymətli incilərindən olan bu poema XII əsr gürcü ictimai-siyasi həyatını, bədii təfəkkür tərzini, xalqın istək və arzularını, adət və ənənələrini, nəhayət, qədim gürcü dilini yaşadan misilsiz qəhrəmanlıq və məhəbbət dastanıdır. Bu gün də "Pələng dərisi geymiş pəhləvan" oxucuların çox sevdiyi əsərlərdəndir. Nəfis tərtibatda olan bu kitab hədiyyə üçün çox yaraşır.
"Şərq-Qərb", 2012, 436 səh., 25x31, tiraj 1000
ISBN 978-9952-34-897-2


No comments:

Post a Comment