Monday, December 30, 2013

Xaləddin İbrahimli 
Politologiya 

Ali məktəb tələbələrinin xidmətinə təqdim olunan bu kitab bir sıra cəhətləri ilə fərqlənir. Birincisi, dərslikdə müasir politoloji konsepsiyaların təhlilinə üstünlük verilib və son illər dünyada nəşr olunan dərsliklərdəki mütərəqqi müddəalar nəzərə alınıb. İkincisi, dərslik Azərbaycanda gedən siyasi islahatların, yeniləşmənin məntiqinə uyğun hazırlanıb. Mövzuların əksəriyyətində Azərbaycanla bağlı müddəalar, şərhlər var. Nəhayət, bu nəşrdə Azərbaycanın da qoşulduğu Bolonya prosesinin ali məktəb dərslikləri ilə bağlı müəyyənləşdirdiyi tələblər nəzərə alınıb. Dərslikdə 15 mövzu təqdim edilir. Bu qeyri-ixtisas bakalavriatlar üçün optimal bir bölgüdür. Hər mövzunun ayrıca planı və əsas dərslikləri var. Azərbaycan, türk, ingilis, rus dillərindəki bu əsas ədəbiyyat həm müasirdir, həm də konkret problem üzrədir. Sonda isə ümumi ədəbiyyat siyahısı verilib.
2012, 210 səh.



No comments:

Post a Comment