Friday, October 4, 2013

Əli Polad
3000 ilin hikməti

Oxucuya təqdim olunan bu hikmətli kəlamlar bəşəriyyətin üç min ildə yaradıb zamanın, tarixin, nəsillərin yaddaşına həkk etdiyi mənəvi sərvətin bu kitaba sığışdırılmış bir hissəsidir. Kitabda əsasən kəlamların məna-məzmunu əsas götürülsə də, görkəmli dövlət xadimlərinin, filosof və yazıçıların şəxsiyyəti, onların tarixi, ədəbi-mədəni xidmətləri də nəzərə alınıb. İnsan Sözlə ünsiyyət saxlayır, Sözlə düşüncəsini, hiss və duyğularını, təcrübəsini zamanın yaddaşına yazır. Dünyanın sirri, həyatın sehri də Sözdür. Bəzən masa başında, bəzən pəncərə qarşısında, bəzən də kitab rəfi önündə baxacağınız, uzun illərin yaxın dostu kimi üz tutacağınız kitab sizinlədir. Bu səkkiz guşəli, doxsan doqquz bağçalı aləmin bir kitabda təcəssüm olunmuş zənginliyi sizin ixtiyarınızdadır.
“Oskar”, 2007, 719 səh., 20x29, sərt, 800


No comments:

Post a Comment